Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqeləri yanvarın 6-sı saat 14:10 radələrində yenidən atəşə tutulub, Müdafiə Nazirliyindən bildirilir.
Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Günün birinci yarısında Azərbaycan tərəf məlumat yaymışdı ki, bir gün öncə saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələri eyni istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Ermənistan tərəf bu məlumatın həqiqtə uyğun olmadığını bildirmişdi.