Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Səhiyyə Nazirliyi yeni virus – metapnevmovirus barədə xəbərdarlıq edib

Səhiyyə Nazirliyi yeni virus – metapnevmovirus barədə xəbərdarlıq edib

Çin, Qazaxıstan və Rusiyada metapnevmovirus – kəskin respirator virus infeksiyaları üzrə qeyri-stabil epidemioloji vəziyyət müşahidə olunur. Onun sinmptomları öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulmasıdır.

Birinci24.com xəbər verir ki, bu haqda Azərbaycan Səhiyyə Nazirliyinin məlumatında deyilir. 

Bildirilir ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir, ona əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. 

Virusun yuxarı tənəffüs yollarında inkişaf etdiyi və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxdığı qeyd edilir.  

İmmun sistemi zəif və ya yanaşı xəstəlikləri olan (məsələn, bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) şəxslərdə bronxit və ya pnevmoniya ilə ağırlaşa biləcəyi də vurğulanır.

Nazirlik bildirir ki, epidemioloji vəziyyətə nəzarət etmək üçün qurumun Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi müayinə aparır.

Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tibbi maskalardan istifadə etmək, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqlar daxil etmək və qrip əleyhinə vaksinasiya tövsiyə olunur.

Son günlər Azərbaycanda da oxşar əlamətlərə malik virusun yayılması haqda məlumatlar dolaşır. 

Editor

Related Posts