Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Naxçıvanda zəncirvari qəza olub

Naxçıvanda zəncirvari qəza olub

Naxçıvanda sürücünün ürəyinin tutması nəticəsində zəncirvari qəza baş verib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistral yolunun 1-ci kilometrliyində, Dilqəm Pişəvari küçəsində qeydə alınıb. Sürücü Naxçıvan şəhər sakini, 1953-cü il təvəllüdlü Məmmədov Namiq Qəzənfər oğlunun sükan arxasında ürəyi tutub. Nəticədə avtomobil idarəetmədən çıxaraq qəza törədib. Qəza zamanı “Mercedes”, “Hyundai Santafe” və “Chevrolet” markalı avtobillər toqquşub. Ürəyi tutan sürücü Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts