Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 44 mindən çox şəxs qəbul edilib

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 44 mindən çox şəxs qəbul edilib

Ötən il Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində, ümumilikdə, 44 min 388 şəxs qəbul edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 59 min 4 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz çoxdur. Xidmətlərin 90 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

2024-cü ildə vergi ödəyicilərinə 676 min 182 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 97 görüş keçirilib, 687 sayda ünvanlı xidmət göstərilib. Ötən il 5 min 750 müraciət üzrə 10 min 98 “Asan İmza” sertifikatı verilib.

Editor

Related Posts