Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Xalq artistinin son vəziyyəti açıqlandı

Xalq artistinin son vəziyyəti açıqlandı

Xəbər verdiyimiz kimi, Xalq artisti Ofeliya Sənani bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, artıq evə buraxılıb. O.Sənani özünü yaxşı hiss etmədiyini, müalicəsinin davam etdiyini bildirib:

“Bir həftə əvvəl xəstəxanadan evə buraxılmışam. Amma yaxşı deyiləm. Müalicəm davam edir. Həkimlər deyir ki, hələ uzun müddət müalicə almalıyam”.

Teleaparıcı böyrəklərində problem olduğunu vurğulayıb:

“Böyrəklərim işləmir, qan təzyiqim yüksəkdir. Əməliyyat isə olmaz. Çünki xroniki problemdir. Əməliyyat olsam belə, problem aradan qalxmayacaq”.

Qeyd edək ki, O.Sənani bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. O, saytımıza açıqlamasında infarkt keçirtdiyini demişdi.

Editor

Related Posts