Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Naxçıvan şəhərində fəaliyyət göstərən “Dəyirmançı” restoranında ciddi nöqsanlar aşkarlanıb

Naxçıvan şəhərində fəaliyyət göstərən “Dəyirmançı” restoranında ciddi nöqsanlar aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan planlı yoxlama zamanı Naxçıvan şəhəri İstiqlal küçəsi ev 95 ünvanında fəaliyyət göstərən “Dəyirmançı” restoranında ciddi nöqsanlar aşkarlanıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ hüquqi aktların tələblərinə əməl etmədiyi müəyyən edilib. Belə ki, gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tətbirlərinin tətbiq edilmədiyi, işçilərin tibbi müayinədən keçmədiyi aşkarlanıb.

Eyni zamanda istifadə olunan dondurma, limonad və kolbasa məhsullarının yaralılıq müddətinin bitdiyi, alət və avadanlıqların vaxtında təmizlənmədiyi, həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də vaxtında aparılmadığı məlum olub.

Həmçinin üzərində markalanma aparılmayan ev şəraitində qablaşdırılan turşular aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, istifadəyə yararsız məhsullar kənarlaşdırılıb. Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Editor

Related Posts