AZAL-ın Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan bələdçisi Hökümə Əliyeva haqqında film çəkiləcək.
Birinci24.com-un məlumatına görə, filmin çəkilişlərinin yaxın vaxtlarda baş tutacağı gözlənilir.
Qısametrajlı sənədli filmin ssenari müəllifi Ziya Şixlinski, bədii rəhbəri isə Xalq artisti Rasim Balayevdir.
Artıq filmin çəkilişlərinə hazırlıq gedir.