Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

Cənubi Koreya prezidenti həbs edilib

Cənubi Koreya prezidenti həbs edilib

Cənubi Koreya prezidenti Yun Sok Yol həbs edilib. O,  ifadə verməyə  könüllü olaraq razılaşdığını bildirib.

Yol Cənubi Koreya tarixində vəzifədəykən həbs edilən ilk prezidentdir.

12 gün əvvəl olduğu kimi, bu gün də prezident iqamətgahının qarşısında hökumət qüvvələrilə mühafizə xidmətinin əməkdaşları arasında bir neçə saat qarşıdurma olub. Amma  müstəntiqlər bu dəfə Yonu Korrupsiya İstintaq Bürosuna apara biliblər.

Yun daha əvvəl qısa bir video yayımlayıb. Bildirib ki, hələ də həbsinin qanunsuz olduğuna inanır, amma qan tökülməməsi üçün müstəntiqlərə və polisə təslim olmaq qərarına gəlib.

Cənubi Koreya parlamenti prezident Yun Sok Yola dekabrın 14-də impiçment elan edib. Müxalifət buna ikinci səsvermədə nail olub. 

300 deputatdan 204-ü impiçmentin lehinə, 85-i əleyhinə səs verib. Prezidentin vəzifəsindən kənarlaşdırılmasını onun təmsil olunduğu partiyanın bir sıra deputatları da dəstəkləyib. Hakim Xalq Gücü Partiyasının lideri Han Don Hun əvvəl impiçmentə qarşı olsa da, sonra bu təklifi dəstəkləyib və partiya üzvlərini qərarın lehinə səs verməyə çağırıb. Qərar qəbul ediləndən sonra o, partiya sədri vəzifəsindən istefa verib.

Yun Sok Yol dekabrın 3-də “KXDR-in daxili tərəfdarları ilə mübarizə aparmaq üçün” hərbi vəziyyət elan edib. Altı saat qüvvədə olmuş bu fərmanla ölkədə siyasi partiyaların fəaliyyəti, etiraz aksiyaları və tətillər qadağan edilirdi, senzura tətbiq olunurdu, ölüm hökmü vermək səlahiyyətinə malik hərbi tribunallar yaradılırdı. Bu qərar paytaxt küçələrində genişmiqyaslı etirazlara səbəb olub. Hərbçilər parlament binasına basqın edən dəqiqələrdə deputatlar qərarın ləğvinə səs veriblər, buna  görə Yun fərmanı ləğv etməli olub.

Dekabrın 7-də o, televiziyada çıxış edərək xalqdan üzr istəyib. Müdafiə naziri Kim Yon Hyon da daxil olmaqla, yüksək çinli məmurlar istefa verib. Daha sonra Hyon həbs edilib. Hərbi kəşfiyyatının rəhbəri Mun San Ho və sələfi No San Von da saxlanılıblar. Qiyamla bağlı araşdırmalara başlanılıb. Vətənə xəyanətdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyulub.

Dekabrın 12-də o, qiyamla bağlı ittihamları rədd edib, hərbi vəziyyətin tətbiqinin “ciddi şəkildə ölçülüb-bişilmiş siyasi qərar” olduğunu deyib. Yol istefa çağırışlarını rədd edib, müxalifəti impiçmentlərdən sui-istifadə etməkdə günahlandırıb. Deyib ki, “Mənə impiçment elan olunmasından və ya istintaqa cəlb edilməyimdən asılı olmayaraq dürüst bir şəkildə buna müqavimət göstərəcəm”

Editor

Related Posts