Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Azərbaycan əsgərinin güllə yarasından öldüyü bildirilir

Azərbaycan əsgərinin güllə yarasından öldüyü bildirilir

Azərbaycan Ordusunun əsgəri Adil Baxşəli oğlu Baxşəliyevin 2024-cü il dekabrın 29-da Kəlbəcərdəki postda xidmət edərkən öldüyü bildirilir.

Birinci24.com xəbər verir ki, bu barədə əsgərin ailəsi məlumat yayıb.

Onlar bildiriblər ki, əsgər güllə yarasından ölüb.

Yaxınları deyiblər ki, Hərbi Prokurorluq hadisə ilə bağlı araşdırma aparmır və artıq hadisənin üstündən 18 gün keçir.

2001-ci il təvəllüdlü əsgər Bakının Nəsimi rayon sakini olub.

Hərbi Prokurorluqdan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Baxşəliyev Adil Baxşali oğlunun odlu silahdan atəş açmaqla özünü öldürdüyü bildirilir.

“Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib”, – deyə məlumatda qeyd olunub.

Editor

Related Posts