Muxtar Respublikada dağlıq və dağətəyi bölgələrə intensiv qar yağıb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları vasitəsilə fasiləsiz olaraq yolların qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür və nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.