Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb

Azərbaycanda meymunçiçəyi (mpox) virusuna ilk yoluxma faktının aşkarlandığı bildirilir.

Birinci24.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb.

Məlumatda deyilir ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2025-ci il yanvarın 2-dən 11-dək xarici ölkəyə səfər edib. Azərbaycana qayıtdıqdan bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıdakı klinikalardan birinə gedib.

“Vətəndaşın PZR üsulu ilə müayinəsi onun meymunçiçəyi virusuna yoluxmasını təsdiqləyib. Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır. Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb. Onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək”, – məlumatda deyilir.

2022-ci ilin əvvəlindən Afrikada 1267 təsdiqlənmiş meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınıb, eyni zamanda qitənin 13 ölkəsində 226 ölüm baş verib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasından qonşu ölkələrə – Keniya, Ruanda, Burundi və Uqandaya meymunçiçəyinin yayılmasına görə 2024-cü il avqustun 15-də fövqəladə vəziyyət elan edib.

Editor

Related Posts