Xalq artisti Röya Ayxan 2025-ci ilin ilk layihəsini təqdim edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, “Boş bəhanələr” adlanan mahnının müəllifləri Əli Türkoğlu və Arif Neymətovdur.
Türkiyədə lentə alınan klipin rejissoru Halil Güzeldir, Röya Ayxanın saç və makiyajı üzərində Anar Ağakişiyev çalışıb. O, ekran işində 4 obrazda kamera qarşısına keçib.
Layihə sənətçinin bütün rəqəmsal musiqi platformalarında paylaşılıb.