Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

İmişlidə qəzada ölənlərin sayı 3 oldu, xəsarət alan azyaşlı xəstəxanada ölüb

İmişlidə qəzada ölənlərin sayı 3 oldu, xəsarət alan azyaşlı xəstəxanada ölüb

Yanvarın 18-də İmişli rayonunda yüksək sürətlə hərəkət edən yol polisinin törətdiyi qəza nəticəsində xəsarət alan 10 yaşlı qız xəstəxanada ölüb.

TƏBİB-dən verilən məlumata görə, Yeni Klinikaya hospitalizasiya olunan azyaşlının yanvarın 22-də gecə saat 01:45-də ölüm faktı qeydə alınıb.

Qurumdan deyilir ki, azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanıb, döş qəfəsi balonu yerləşdirilibmiş. Eyni zamanda sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə əməliyyat olunan pasiyentin süni tənəffüs cihazına qoşulubmuş və yüksək inotrop dəstəyi alırmış.

İmişlidə yanvarın 18-də baş verən yol-nəqliyyat qəzası zamanı iki məktəbli qız həyatını itirmişdi. Beləliklə, qəzada ölənlərin sayı 3 nəfər oldu.

Hadisə ilə bağlı 17 yaşlı sürücü Bəylər Bayramlı saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb. 

Hadisədən sonra rayonda etirazlar olmuş və Daxili İşlər Nazirliyi bir qrup şəxsin saxlanıldığı haqda məlumat yaymışdı. Saxlanılanların sayı açıqlanmayıb, yaxınları onlara işgəncə verildiyini bildirirlər.  

Editor

Related Posts