Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

DİN: İmişlidəki yol qəzasına görə 14 nəfər haqqında cinayət işi açılıb

DİN: İmişlidəki yol qəzasına görə 14 nəfər haqqında cinayət işi açılıb

Yanvarın 18-də İmişli rayonunda Dövlət Yol Polis əməkdaşının törətdiyi və 3 nəfərin ölümünə səbəb olan qəzadan sonra 14 nəfər haqqında cinayət işi açılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.

Qəzadan sonra rayonda etirazlar baş vermiş və saxlanılanların olduğu bildirilirdi.

“Hadisə baş verəndən sonra qəzaya düşən YPX avtomobilinə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar”, DİN-in açıqlamasında deyilir.

Bildirilir ki, İmişli rayon məhkəməsində 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

DİN-in məlumatında qəzanı törədən DYP əməkdaşı haqqında məlumat verilmir, qəzanın baş verilməsi haqqında isə bunlar bildirilir:

“DYP avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Hadisə nəticəsində 2 məktəbli ölüb, bir məktəbli və YPX avtomobilinin sürücüsü xəsarət alıb”.

Ötən gün hüquq-mühafizə orqanları DYP avtomobilinin qarşısına çıxdığı deyilən 17 yaşlı Bəylər Bayramlının da saxlanıldığı haqda xəbər yaymışdı. O, qanunsuz avtomobili ələ keçirməkdə, iki şəxsin ölümünə səbəb olmaqda və hadisə yerindən qaçmaqda ittiham olunur.

Daha öncə Daxili İşlər Nazirliyi saxlanılanlar haqda say açıqlamasa da, yaydığı fotoda 9 nəfərin saxlanıldığı görünürdü.

Rayon sakinləri isə saxlanılanların sayının 100-dən çox olduğunu, onların bəzilərinin ağır işgəncələrə məruz qaldıqlarını, bəzilərinin xəstəxanaya yerləşdirildiklərini, durumlarının ağır olduğunu deyirlər.

Qəzada xəsarət alan azyaşlı bu gecə xəstəxanada vəfat edib.

Editor

Related Posts