Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Atası da bir müddət əvvəl vəfat edibmiş – Fotolar

Atası da bir müddət əvvəl vəfat edibmiş – Fotolar

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan ordusunun hərbi qulluqçusu Camal Hüseynov odlu silahdan açılmış atəş nəticəsində ölüb.

Birinci24 informasiya agentliyi “Modern.az”a istinadən xəbər verir ki,2001-ci il təvəllüdlü Camal Hüseynov Bakı şəhəri Səbayıl rayonunda yerləşən 50 saylı orta məktəbdə təhsil alıb.

C.Hüseynov qəbul imtahanında yüksək bal toplayıb. O, 573 balla Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına qəbul olunub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb. Təhsil aldığı illərdə marketlərdən birində çalışıb.

Həlak olan hərbi qulluqçunun atası da bir müddət əvvəl vəfat edib, onun bir bacısı olub.

Hadisə ilə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

Editor

Related Posts