Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

“AZAL təyyarəsinin “Pantsir S-1”lə vurulduğu təsdiqləndi” – KİV

“AZAL təyyarəsinin “Pantsir S-1”lə vurulduğu təsdiqləndi” – KİV

“AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi üzrə Rusiyada aparılan istintaq təyyarənin “Pantsir S-1” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu təsdiqləyib”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə caliber.az mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bu qurğu Rusiyaya Suriyadan gətirilib:

“Həmçinin, öyrəndiyimiz kimi, Rusiya təhqiqatı Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyini təsdiq edib. Bunun nəticəsində təyyarənin idarəetmə sistemi sıradan çıxıb”.

Nəşr qeyd edib ki, Rusiyada aparılan istintaq təkcə mülki təyyarəyə atəş açan şəxsi deyil, həm də əmri verən şəxsi müəyyənləşdirib:

“Redaksiyamız artıq bu şəxslərin adlarını və titullarını bilir”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub.

Editor

Related Posts