“Hazırda “Birbank” mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq”.
Birinci24 informasiya agentliyi bildirir ki, bu barədə “Kapital Bank”dan Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.
Cavabda həmçinin qeyd olunur ki, bankın müştəriləri kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər.
***
Hazırda “Kapital Bank”ın “Birbank” tətbiqində problem yaranıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, müştərilərin balansı və digər məlumatlar silinib.
Hazırda kartın mobil tətbiqinə daxil olmaq mümkün deyil.
“Kapital Bank”dan verilən məlumata görə, problem aparılan profilaktik tədbirlərlə bağlıdır.
“Hazırsa profilaktik işlər aparılır. Bir neçə dəqiqə çəkə bilər. Səbriniz üçün təşəkkür edirik”, – bankın kart istifadəçilərinə göndərdiyi qısa mesajda bildirilir.
“Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva saytımıza açıqlamasında deyib ki, hazırda profilaktik işlər aparılır: “Bir neçə dəqiqə çəkə bilər. Texniki işlər tamamlanan kimi bərpa ediləcək”.
