Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Naxçıvanda “Gənclər həftəsi”nə start verilib – FOTO

Naxçıvanda “Gənclər həftəsi”nə start verilib – FOTO

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 2 Fevral – Gənclər Günü ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq gənclər üçün şəxsi inkişaf təlimi təşkil olunub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Gültən Novruzovanın “Hər şey səninlə başlar” mövzusundakı təqdimatı gənclərdə özgüvən formalaşdırılması, motivasiya və nizam-intizamlı həyat tərzinə sövq məqsədinə xidmət edib.

Qeyd edək ki, “Gənclər həftəsi” çərçivəsində film nümayişi, intellekt və idman yarışları təşkil olunacaq, yanvarın 31-də keçiriləcək mükafatlandırma mərasimində isə ilə müxtəlif sahələrdə fərqlənən gənclər nazirlik tərəfindən təltif olunacaqdır.

Editor

Related Posts