Ötən gün 300 mindən çox fələstinli evinə geri qayıtdı

Ötən gün 300 mindən çox fələstinli evinə geri qayıtdı

300 mindən çox fələstinli fürsət verildikdən sonra bazar ertəsi Qəzzanın şimalına qayıdıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, müvafiq bəyanat Qəzza KİV ilə əlaqələr şöbəsi tərəfindən sosial şəbəkə hesabında yayılıb.

“Bu gün Ər-Rəşid və Salah əd-Din yolları ilə hərəkət edən 300 mindən çox insan anklavın cənub və mərkəzi rayonlarından şimala qayıdıb”, – mətndə deyilir.

Zolağın neçə sakininin Qəzzanın şimalına qayıtmağı planlaşdırdığı barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, İsrail yanvarın 27-nə keçən gecə ölkə vətəndaşı Arbel Yehudun sağ olduğunu HƏMAS tərəfindən təsdiqlən dikdən sonra İsrail ordusu fələstinlilərin anklavın şimalına qayıtmasına icazə verib.

Editor

Related Posts