Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Lənkəranda sərnişin avtobusu aşdı. 24 nəfər xəsarət aldı – Anbaan Video

Lənkəranda sərnişin avtobusu aşdı. 24 nəfər xəsarət aldı – Anbaan Video

Lənkəranda sərnişin avtobusunun aşması nəticəsində 24 nəfər xəsarət alıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində qeydə alınıb.

Sərnişin avtobusu “VAZ-2107” markalı avtomobilin üstünə aşıb. 

TƏBİB-dən bildirilib ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.

Xəsarət alanlardan bir nəfərin müalicəsi Reanimasiya şöbəsində, altı nəfərin müalicəsi Travma şöbəsində, digər dörd yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

13 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Editor

Related Posts