Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

III Respublika Platforması seçicilərə çağırış edib

III Respublika Platforması seçicilərə çağırış edib

III Respublika Platforması (ResPlatforma) seçiciləri 2025-ci il bələdiyyə seçkilərini aktiv etiraz səsverməsinə çağırıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, ResPlatforma bunu onunla əsaslandırır ki, Azərbaycanda azad və ədalətli seçkilər üçün şərait yoxdur, ölkədə seçki institutunun bütün real atributları məhv edilib.

Hazırda Azərbaycan ictimaiyyətində seçkiyə inam olmadığını bildirən təşkilat, bu reallığı qəbul etməklə bərabər, hesab edir ki, ölkə problemlərinin həlli iştirakçılıqdan keçir. 

“Bunun üçün isə seçkiyə getmək daha düzgün yanaşmadır. Bu baxımdan, ResPlatforma olaraq, Azərbaycan vətəndaşlarının 2025-ci il bələdiyyə seçkilərindən etiraz səsverməsi məqsədilə istifadə etməli olduğunu düşünürük”, müraciətdə deyilir.

III Respublika Platforması daha öncə də 2024-cü il Prezident və parlament seçkilərində də seçiciləri etiraz səsverməsinə çağırıb.

ResPlatforma 2023-cü ilin dekabrında təsis olunub, ötən ilin martında qurumun spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli həbs edilib. Onlar öncə qaçaqmalçılqıda ittiham edilsələr də, bu ilin yanvarında ittihamlar daha da ağırlaşdırılıb.

Bu iş ürzə 9 nəfərə cinayət işi açılıb. Onlar ittihamları rədd edirlər.  

Editor

Related Posts