Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Xocalının Ballıca kəndinə növbəti köç yola düşdü 

Xocalının Ballıca kəndinə növbəti köç yola düşdü 

Yanvarın 31-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə, ümumilikdə, 22 ailə – 94 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən artıq insan yaşayır.

Editor

Related Posts