Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Minsk Qrupunun fransalı və amerikalı həmsədrləri rusiyalı həmsədrlə təması kəsiblər – Zaxarova

Minsk Qrupunun fransalı və amerikalı həmsədrləri rusiyalı həmsədrlə təması kəsiblər – Zaxarova

ATƏT-in Minsk Qrupu öz fəaliyyətini 2022-ci ilin fevralında dayandırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 31-də keçirdiyi brifinqdə belə deyib (APA).

Birinci24 informasiya agentliyi xəbər verir ki, onun sözlərinə görə, Minsk Qrupunun fəaliyyəti fransalı və amerikalı həmsədrlərin günahı ucbatından bitib.

“Heç bir məsləhətləşmə, kommunikasiya olmadan onlar rusiyalı həmsədrlə təması kəsiblər. Heç ATƏT çərçivəsində də məsləhətləşmələr olmayıb. Sadəcə rusiyalı həmsədrlə təmaslardan imtina ediblər. Onlar əvvəlcədən təyin olunmuş tədbirləri ləğv ediblər. İndiyə kimi də bunun səbəblərini səsləndirməyiblər. Xatırladım ki, 2022-ci ilin oktyabrın 6-da Praqada Azərbaycan prezidenti, Ermənistanın baş naziri, Fransa prezidenti və Avropa Şurasının sədrinin birgə bəyanatı qəbul olunub. Bütün bunlar ona gətirib çıxarıb ki, Minsk qrupu öz fəaliyyət predmetini itirib. Deməli, Minsk Qrupuyla yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsinin ləğvi də məntiqlidir” deyə, Zaxarova əlavə edib.

Onun qənaətincə, bu Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən münasibətlərin normallaşmasına yardım edər və məhz bu mövqedən çıxış etmək lazımdır.

Editor

Related Posts