Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Neftimiz ucuzlaşdı – Bu qiymətə oldu

Neftimiz ucuzlaşdı – Bu qiymətə oldu

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 ABŞ dolları, yaxud 0,40 % azalaraq 78,52 ABŞ dolları təşkil edib.

Birinci24 informasiya agentliyi Publika.az-a istinadən xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 75,67 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.  

Editor

Related Posts