Azərbaycanda amnistiya aktının qəbuluna ehtiyac var.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu təkliflə fevralın 3-də Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edib.
Müstəqillik illərində Azərbaycanda 13 amnistiya aktı və 70-dən çox əfv sərəncamı qəbul olunduğunu xatırladan deputata deyib ki, parlament yenə təşəbbüs göstərib Müstəqillik Gününə – 28 Mayadək belə amnistiya aktını işləyib hazırlaya bilər.
Deputat təklif edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlərə amnistiya verilsin.
Azərbaycanda sonuncu dəfə amnistiya aktı 5 noyabr 2021-ci il Qələbə Günü münasibətilə qəbul edilib. Həmin amnistiya 16 min nəfərə şamil edilib, 3 min nəfər həbsdən azad edilib.
Amma bu amnistiya hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi şəxslərə şamil edilməyib.