Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

FHN hələ də itkin düşən balıqçını axtarır – Video

FHN hələ də itkin düşən balıqçını axtarır – Video

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçı 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, hazırda vətəndaşın axtarışları FHN-in Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, yanvarın 13-də Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində itkin düşən balıqçılardan biri Nazim Abbasovun meyiti dünən tapılıb. Meyit Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.

Xatırladaq ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində balıqçılar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlu itkin düşüb.

Editor

Related Posts