Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarında polis postları qurulub (Azərtac).
Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında bir həftə ərzində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış tədbirlərinin keçirildiyi bildirilir.
Əməliyyatların Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparıldığı deyilir.
Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərin fevralın 3-dən 10-dək davam edəcəyi qeyd edilib.