Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunakı vəzifəyə başlaması münasibətilə təbrik etməyib.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr. Bilirsiniz ki, Böyük Britaniya indi dost olmayan ölkələr kateqoriyasındadır, ona görə də xeyr. Teleqram göndərilmədi”, – müvafiq sualı cavablandıran Peskov deyib.
Xatırladaq ki, oktyabrın 25-də kral III Çarlz Rişi Sunakın ölkənin baş naziri postuna seçilməsini təsdiqləyib.