Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Naxçıvanda “Rehabus” layihəsinə start verilib

Naxçıvanda “Rehabus” layihəsinə start verilib

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin “Rehabus” layihəsinə start verilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, 1 fevral 2025-ci il tarixindən icrasına başlanılan layihə əlilliyi olan şəxslərin ambulator reablitasiya xidmətlərinə əlçatanlığına yönəlib.

Reabilitasiya avtobusu müvafiq kateqoriyadan olan şəxslərin reabilitasiya müəssisələrinə asan, rahat şəkildə çatmasını təmin edir.

Reablitasiya avtobusu ilkin olaraq Babək rayonunun kəndlərindən əvvəlcədən müəyyən edilən ünvanlardan əlilliyi olan şəxsləri götürərək Naxçıvan şəhərində yerləşən Uşaq Bərpa və Əlillərin Bərpa Mərkəzlərinə çatdırır.

Reablitasiya proseduru bitdikdən sonra isə onları yenidən ünvanlarına qaytarır.

Editor

Related Posts