Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Kreml AZAL təyyarəsi ilə bağlı hesabatı şərh etmədi

Kreml AZAL təyyarəsi ilə bağlı hesabatı şərh etmədi

Kreml Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL təyyarəsinin qəzasının araşdırılması ilə bağlı ilkin hesabatını şərh etmir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, ilkin hesabatdır. Təbii ki, bizim aidiyyatı idarələrimiz bunu lazımi diqqətlə öyrənəcəklər. Rusiya Prezident Administrasiyasının bu mövzuda şərh verməsi mümkün deyil, biz bunu mümkün hesab etmirik”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Qazaxıstan Nəqliyyat Nazirliyi dekabrın 25-də Bakıdan Qroznıya uçan və Qroznı səmasında Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulan Embraer 190 sərnişin təyyarəsi ilə bağlı ilkin hesabat yayıb.

Xatırladaq ki, təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Editor

Related Posts