Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Dərs zamanı mobil telefondan istifadə qadağan ediləcək

Dərs zamanı mobil telefondan istifadə qadağan ediləcək

Gələn il tədris ilində şagirdlərin dərs zamanı mobil telefonlardan istifadəsi məhdudlaşdırılacaq.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndiyev deyib.

Ekspert şagird davranış qaydalarını özündə əks etdirən bu pilot layihənin ötən tədris ilində 300-dən çox məktəbdə həyata keçirildiyini diqqətə çatdırıb:

“Gələn ildən etibarən ölkəmizdə fəaliyyət göstərən 4400 məktəbin hər birində şagird davranış qaydaları öz əksini tapacaq. Bunlardan biri də şagirdlərin dərs zamanı mobil telefonlardan istifadəsinin məhdudlaşdırılmasıdır. Bu da növbəti dərs ilindən etibarən tətbiq olunacaq”.

Təhsil ekspertinin sözlərinə görə, şagirdlər sinifə gedərkən telefon aparmayacaqlar:

“Onlar təhsil müəssisəsinə, yaxud da sinifə kimi gələ bilərlər, amma sinifə girərkən telefon onlardan alınacaq. Ola bilər ki, məktəbin girişində, yaxud da hansısa otaqda yer ayrılsın və telefonlar orada saxlanılacaq. Şagirdlər dərsdən çıxan kimi hər kəs telefonunu götürəcək”.

Ekspert bu qərarın dərslərin keyfiyyəti üçün müsbət addım kimi dəyərləndirir:

“Telefon onların üzərində olanda şagirdlərinin fikiri daha çox yayınır. Amma telefon üzərində olmayınca şagirdin fikiri dərslərində olacaq”.

Editor

Related Posts