Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Sahil Babayevin yerinə Anar Əliyev təyin olundu

Sahil Babayevin yerinə Anar Əliyev təyin olundu

Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə fevralın 7-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Anar Əliyev yeni təyinatadək həmin nazirlikdə nazir müavini vəzifəsini tutub.

O, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Anar Əliyev daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb, 2018-ci ildən isə nazir müavini idi.

Dünən Prezidentin imzaladığı digər sərəncamla Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzfiəsindən azad edilərək maliyyə naziri təyin edilib.

Editor

Related Posts