Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Eritreya sularında girov götürülmüş 18 dənizçinin yaxınları aksiya keçirib

Eritreya sularında girov götürülmüş 18 dənizçinin yaxınları aksiya keçirib

Eritreyada saxlanılan gəmilərin azərbaycanlı heyətinin yaxınları “Caspian Marine Services B.V.” şirkətinin qarşısında aksiya keçirib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, onlar gəmi və heyətin buraxılmasına dair danışıqlar prosesi barədə məlumat almaq istədiklərini bildiriblər.

“Biz şirkətdən məlumat almaq istəyirik. Artıq 3 ay keçib. Bunun sonu necə olacaq? Gəmidə olarkən bizimlə həftədə bir dəfə əlaqə saxlayırdılar. İndi isə heç bir xəbər yoxdur”, həbs edilən Saleh Poladovun atası Vələd Poladov deyib.

Mahmud Rüstəmovun atası Əmrah Rüstəmov deyib ki, hadisə ilə bağlı bir neçə dəfə şirkət rəsmiləri ilə, eləcə də Xarici İşlər Nazirliyində görüşdə olublar, amma heç bir nəticə olmayıb.

Şirkətin direktor müavini Aqşin Rəhimov onları qəbul edib.

Görüşdən sonra iştirakçılar bildirib ki, onlara prosesin gecikməsinə bir neçə səbəbin olduğunu deyilib və əlavə olaraq vurğulanıb ki, Eritreya ilə diplomatik münasibətlər çətinliklər yaradır. Belə ki, məsələ ilə bağlı viza verilmir, müraciət edilsə də imtina cavabı gəlir.

2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib.

Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.

Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.

Editor

Related Posts