Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

“Neft Daşları”nda sızma baş verdi

“Neft Daşları”nda sızma baş verdi

“Azneft” İstehsalat Birliyinin “Neft Daşları”- Çilov – Şah saçı – Dübəndi neft xəttində sızma müşahidə edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyindən “Report”a məlumat verilib.

“Qeyd olunan neft xətti “Neft Daşları”ndan neft və kondensatın Dübəndi istiqamətində nəqlini həyata keçirir. Küləkli hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq addımlar atılır”, – məlumatda deyilib.

Bildirilir ki, təmir-bərpa işlərini həyata keçirəcək heyətin təhlükəsizliyini təmin etmək üçün hava şəraitinin sabitləşməsi gözlənilir:

“Əməliyyatın təhlükəsiz icrası üçün uyğun şərait yarandıqdan sonra təmir-bərpa işləri tamamlanacaq”.

Editor

Related Posts