Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

“Ermənistan revanşa hazırlaşmır” – Paşinyan

“Ermənistan revanşa hazırlaşmır” – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan israr edir ki, sülhün bərqərar olması üçün ilkin şərtlər yerinə yetirilib.

O, Azərbaycan tərəfindən “Ermənistanın guya qisas almağa çalışması” ilə bağlı iddiaları əsassız adlandırıb və qeyd edib ki, Ermənistan revanşa hazırlaşmır.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Nikol Paşinyanın ölkənin KİV-lərində dərc edilmiş məqaləsində deyilir.

Paşinyan qeyd edib ki, Azərbaycandan Ermənistanın silahlandığını və Azərbaycana hücuma hazırlaşdığını, ona görə də “ehtiyat tədbirləri” görmək hüququna malik olduğu iddiasını eşidə bilərsiniz.

Onun fikrincə, bu cür bəyanatların yayılması ya Bakının həqiqətən də “Ermənistanın hücum niyyətinə” inandığını, ya da “gələcəkdə Ermənistana hücuma haqq qazandırmaq üçün zəmin hazırladığını” göstərir.

Ermənistanın baş naziri 2022-ci ilin oktyabrında imzalanmış strateji sazişi xatırladıb, ona əsasən, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb və bu, sərhədin demarkasiyası üçün əsas verib.

O, Ermənistanın guya təcavüzkar niyyətləri barədə deyilənlərin hamısının əsassız olduğunu, orduda islahatların və inkişafının hər bir ölkənin beynəlxalq səviyyədə tanınmış hüququ olduğunu vurğulayıb.

“Bu islahatlar hansısa formada Azərbaycanla həm bağlıdır, həm də bağlı deyil. Bağlı deyil, çünki Ermənistanın Azərbaycana qarşı hər hansı addım atmaq planı və ya niyyəti yoxdur. Bağlıdır, çünki Ermənistan təhlükəsizliyinə təhdidləri Azərbaycan özü yaradır”, Paşinyan qeyd edib.

Rəsmi Bakı hələki Ermənistanın Baş Nazirinin dedikləri ilə bağlı mövqe bildirməyib.

Editor

Related Posts