Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Azərbaycan XİN Paşinyana cavab verib

Azərbaycan XİN Paşinyana cavab verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın yerli mətbuataa verdiyi müsahibəsində səsləndirdiyi fikirlərə cavab verib.

XİN mətbuat katbi Ayxan Hacızadə bildirib ki, Ermənistan baş nazirinin Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.

A. Hacızadə Paşinyanın öz ölkəsinin hərbi potensialının artırmasının əsaslandırılmasını qeyri-səmimi və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdid adlandırıb.

“Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq”, A. Hacızadə sonda qeyd edib.

Paşinyan bildirmişdi ki, Azərbaycandan Ermənistanın silahlandığını və Azərbaycana hücuma hazırlaşdığını, ona görə də “ehtiyat tədbirləri” görmək hüququna malik olduğu iddiasını eşidə bilərsiniz.

Onun fikrincə, bu cür bəyanatların yayılması ya Bakının həqiqətən də “Ermənistanın hücum niyyətinə” inandığını, ya da “gələcəkdə Ermənistana hücuma haqq qazandırmaq üçün zəmin hazırladığını” göstərir.

O, Ermənistanın guya təcavüzkar niyyətləri barədə deyilənlərin hamısının əsassız olduğunu, orduda islahatların və inkişafının hər bir ölkənin beynəlxalq səviyyədə tanınmış hüququ olduğunu vurğulayıb.

Editor

Related Posts