Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Rusiya Hüseyn Həsənovun şirkətinin hesablarını blokladı

Rusiya Hüseyn Həsənovun şirkətinin hesablarını blokladı

Rusiyanın Federal Vergi Xidməti (FTX) azərbaycanlı bloger Hüseyn Həsənova məxsus “Banda Foods” şirkətinin hesablarını bloklayıb.

Birinci24 informasiya agentliyi Rusiya KİV-ə istinadla xəbər verir ki, buna səbəb vergilərin ödənilməməsidir.

Qeyd edək ki, videobloger bu şirkəti 2023-cü ildə açıb.

Xatırladaq ki, Hüseyn Həsənov Rusiyanın ən məşhur videoblogeri sayılır.

O, 5 iyun 1994-cü ildə Sankt-Peterburqda anadan olub. Sankt-Peterburq Dövlət İqtisad Universitetində təhsil alıb. Təhsil aldığı müddətdə KVN-də çıxış edib. Bundan sonra Hüseyn Həsənov “İnstaqram” üçün videoçarxlar çəkməyə və bloqunu davam etdirməyə başlayıb.

O, paralel olaraq bizneslə məşğuldur: kafelər şəbəkəsi və GG kişi geyimi markası var.

Hazırda Hüseyn Həsənovu “İnstagram”da izləyənlərin sayı 30 milyondan çoxdur.

Editor

Related Posts