“Ermənistan çətin ki, Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.
“Hesab edirəm ki, bu, mümkün deyil. Biz əlbəttə hər bir konkret təklifi müzakirə edirik, ancaq keçmiş təcrübələr çoxlu xoşagəlməz xatirələr qoyub, hələ də cavabı olmayan bir çox suallarımız var”, – deyə o, məsələ ilə bağlı jurnalistin sualını cavablandırarklən bildirib.