“Transparency International” təşkilatı 2024-cü il üzrə Korrupsiyanı Qavranılma İndeksini (Corruption Perception Index-CPI) açıqlayıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, indeksdə 100 bal dövlət sektorunda korrupsiyanın olmadığını, 0 bal isə onun çox yüksək olduğunu göstərir.
Qlobal ortalama göstəricisi isə 43-dür.
Azərbaycan 100 baldan 22 bal toplayaraq 180 ölkə arasında 154-cü olub. Əvvəlki illə (2023) müqayisədə ölkənin sırası dəyişməsə də, balı 1 pillə azalıb.
Gürcüstanın balı 53 olub və 180 ölkə arasında elə 53-cü sırada qərarlaşıb. 2023-cü illə nisbətən ötən il Gürcüstanın siyahıda yeri dəyişməyib.
Ermənistan isə, hesabata görə, 100 baldan 47 bal toplayıb və 180 ölkə arasında 63-cı sırada yer alıb. Ermənistanın indeksində də əvvəlki illə müqayisədə irəliləmə və ya geriləmə qeydə alınmayıb.
CPI 180 ölkə və ərazidə dövlət sektorunda korrupsiya haqqında ümumilikdə 13 müxtəlif korrupsiya sorğusu və qiymətləndirməsinə əsaslanır.
Bu məlumatları Dünya Bankı və Dünya İqtisadi Forumu da daxil olmaqla, müxtəlif nüfuzlu qurumlar toplayır.
Builki hesabata görə, Danimarka 90 bal toplayaraq (yeddinci il ardıcıl olaraq) reytinqin lideri olub. Finlandiya 88 balla ikinci, Sinqapur isə 84 balla üçüncü yeri tutub.