Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

“Sputnik” və BBC-nin Azərbaycandakı filiallarının əməkdaşları azaldılır?

“Sputnik” və BBC-nin Azərbaycandakı filiallarının əməkdaşları azaldılır?

Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Caliber.az-ın redaksiyasına etibarlı mənbələrdən məlumat daxil olub.

Bildirilib ki, bu düzəlişlər, xüsusən, ölkədə “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” nəşrinə, eləcə də BBC-yə (BBC News Azərbaycanca) təsir edəcək.

“Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud fərqin aradan qaldırılması üçün müvafiq olaraq “Rossiya Seqodnya”nın müxbirləri Rusiyada “Azərtac”ın müxbirləri nə qədər işləyirlərsə, o qədər də ölkəmizdə çalışacaqlar. Hazırda söhbət bir ştat vahidindən gedir.

Qeyd edək ki, “Rossiya Seqodnya”nın Bakı filialının işinə 40-a yaxın adam cəlb olunub. Filialın özünün ləğvi gözlənilir. “Rossiya Seqodnya” Azərbaycanda fəaliyyətini AR qanunvericiliyinə və Rusiya Federasiyası və MR hökumətləri arasında KİV müxbirlərinin statusu haqqında 9 yanvar 2001-ci il tarixli sazişə uyğun olaraq tənzimlənəcək bir müxbiri ilə davam etdirəcək”, – nəşr özünün Teleqram kanalında yazıb.

Editor

Related Posts