Manisa’nın Kırkağaç rayonunda yolda dayanmış tankerin arxasına çırpılan avtomobildə iki nəfər həyatını itirib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, həyatını itirənlərdən biri, 24 yaşlı ‘Lavinia Özmen’ adı ilə tanınan fenomen Gizem Özmen olub.
Məlumata görə, avtomobil nasazlıq səbəbindən yolun kənarında dayanmış tankerin arxasına çırpılıb və nəticədə avtomobil ciddi şəkildə dağılıb. Hadisə yerinə dərhal jandarma, sağlamlıq və xilasetmə qrupları göndərilib. Gizem Özmen və hələ adı açıqlanmayan sürücü hadisə yerində həyatını itiriblər.
Qeyd edək ki, Özmen’in sosial mediadakı fəaliyyəti geniş izləyici kütləsi tərəfindən izlənirdi. Onun TikTok hesabında 155 min izləyicisi var idi.
Qəza ilə bağlı araşdırmalar davam edir.