AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının araşdırılmasına dair yekun hesabat 2025-ci ilin dekabrına qədər tamamlanacaq.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib.
“ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı ) tövsiyə olunan təcrübəsinin tələblərinə və standartlarına uyğun olaraq təhqiqat üzrə yekun hesabat bu ilin dekabr ayına qədər tamamlanmalıdır”, o vurğulayıb.
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.