Fələstinin HƏMAS hərəkatı qalan bütün israilli girovları dərhal azad etməyə hazır olduğunu bəyan edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Fələstin qrupu Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlarda öz mövqelərini açıqlayan bəyanat yayıb.
“Biz daimi atəşkəs və Qəzza zolağından tamamilə çəkilmə ilə nəticələnəcək razılaşma əldə edildikdən sonra məhbusların eyni vaxtda dəyişdiriləcəyi ikinci mərhələyə hazırıq”, – deyə “Əl-Cəzirə” HƏMAS-dan sitat gətirib.
HƏMAS yeni təşəbbüsü ABŞ prezidenti Donald Trampın Qəzzada saxlanılan israilli məhbusların həftəlik mərhələli şəkildə azad edilməsinə qarşı çıxışından sonra elan ediblər.