Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Qarlı havada 84 nəfər xəsarət alıb

Qarlı havada 84 nəfər xəsarət alıb

Qarlı hava şarəiti ilə əlaqədar indiyədək 84 nəfər xəsarət alıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb. Onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

“Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub”, məlumatda qeyd edilib.

Editor

Related Posts