Müğənni Paris Hilton Kaliforniyadakı meşə yanğınlarından zərər çəkənlərə kömək etmək üçün qarderobundakı geyim və aksessuarları satışa çıxarıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “PageSix” məlumat yayıb.
Hilton qarderobundan əşyaları satış üçün “Vestiaire Collective” platformasında yerləşdirib. Satışdan əldə olunan gəlir fəlakət zamanı evi yananlara kömək edən qeyri-kommersiya təşkilatına bağışlanacaq.
Qeyd edək ki, Kaliforniyadakı dəhşətli meşə yanğınları zamanı Paris Hiltonun malikanəsi də yanmışdı.