Ruben Vardanyan və müdafiəçisi vəsatət verərək məhkəmə tərkibinə yenidən etiraz ediblər.
Birinci24 informasiya agentliyi xəbər verir ki, vəsatətdə qeyd edilən məsələlərə dair konkret əsasların müəyyən olunmadığını bildirən prokurorlar etirazın baxılmamış saxlanılmasını xahiş ediblər.
Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb.
Məhkəmənin növbəti iclası martın 4-nə təyin olunub.