“Stomatoloji kabinetlərlə bağlı müraciət daxil olsa, yoxlamalar aparılacaq”.
Birinci24 informasiya agentliyi APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
“Kimsə mətbəxdə diş çəkdirirsə, nazirlik buna heç nə edə bilməz”, – o bildirib.
Nazir qeyd edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyi bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması üçün vahid strategiya hazırlayır.