Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Sevda Ələkbərzadə:“Onları tədbirlərə gülmək üçün çağırırlar”

Sevda Ələkbərzadə:“Onları tədbirlərə gülmək üçün çağırırlar”

“Heç kimə deyə bilmərsən ki, bu mahnını oxuyub, internetə vermə. Bu mümkünsüzdür. İfaçı özü bilər. Baxma, dinləmə… Amma illərlə Azərbaycan musiqisi düzgün şəkildə ifa edən insanları həmin o bayağı mahnılar oxuyanlarla bir verilişdə görürük. Onu da səni də verilişə çağırırlar və yanbayan otuzdururlar. Aparıcı verilişdə sizi eyni şəkildə təqdim edir. Bunu görən tamaşaçı düşünür ki, yəgin bu düzgün musiqidir. Axı hamı musiqini əslində necə olduğunu bilə-bilməz. Axı hamı musiqiçi və musiqişunas deyil. Tamaşaçı baxır və düşünür ki, əsl musiqini təbliğ edən sənətçinin yanında oturan o ifaçının oxuduğu bayağı mahnı yaxşıdır”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə qonaq olduğu “Afaqla 10lar” verilişində deyib.

Sənətçi bildirib ki, onun da iştirak etdiyi tədbirlərə bayağı ifaçıları gülmək üçün dəvət edirlər:

“Arada elə tədbirlərə elə ifaçıların dəvət edirlər ki… Ay Allah ifaçı da deyirəm onlara. Üzr istəyirəm… Allahım günahımdan keç! Başa düşürəm ki, bu tədbirə o ifaçını gülmək üçün dəvət ediblər. Heç kimin ixtiyarı yoxdur ki, kiməsə gülsün. Bu düzgün deyil. Dəvət edirsənsə düzgün dəvət et və ya etmə”.

Editor

Related Posts