Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi məlumat yayıb.

Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.

Xatırladaq ki, yayılan səs yazısında direktor ona məktəbin müəllimləri tərəfindən ad günündə alınan 600 manatlıq qızıl hədiyyəni “dilənçi payı” adlandırır və özünə yaraşdırmadığını bildirir. Səsyazısında onun həmçinin digərlərini təhqir etdiyi müşahidə olunur.

Editor

Related Posts