Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Rəsmi Bakı BMT-nin Azərbaycandakı 4 ofisini bağlamaq istəyir

Rəsmi Bakı BMT-nin Azərbaycandakı 4 ofisini bağlamaq istəyir

Rəsmi Bakı BMT-nin dörd ofisinin – BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, APA-nın məlumatına görə, Azərbaycan hökuməti artıq BMT-nin 4 yerli ofisi ilə yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) də yerli nümayəndəliyinin bağlanması ilə bağlı bildiriş göndərib.

Hökumətin əsaslandırmasına görə, bu qurumların Azərbaycanda məşğul olacaqları bir iş qalmayıb, onların ofisinin fəaliyyət göstərməsinin də mənası yoxdur.

Hökumətin əsaslandırmasından biri də budur ki, Azərbaycan hazırda maliyyə resursu məhdud olan BMT-yə yardım edib. Onu əlavə ofislər saxlamaqdan xilas edir. BMT isə bu resursları konkret böhran zonalarına, ən çox ehtiyac duyulan ölkələrə yönəldə bilər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yeop Son ilə söhbəti zamanı Azərbaycanın “yeni dövrün reallıqları” əsasında “BMT ilə əməkdaşlıqda prioritetlərinə yenidən baxdığını” vurğulayıb.

Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, Azərbaycan vaxtilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə qaçqın, məcburi köçkün problemləri ilə bağlı əməkdaşlıq edib:Bu gün isə Azərbaycan vətəndaşlarını artıq azad edilmiş ərazilərə qaytarır. Özü də bunu öz vəsaitləri hesabına həyata keçirilir. BMT və digər beynəlxalq təşkilatlar bu işə heç bir töhfə vermir”.

Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarına qarşı repressiyalar ilk dəfə 2014-cü ildə hökumətin qanunvericilikdə dəyişiklik edərək beynəlxalq təşkilatların yalnız Azərbaycanda qeydiyyatdan keçmiş filialı və ya nümayəndəliyinin olması və Ədliyyə Nazirliyi ilə müqavilə bağladığı halda qrant ayırmasına icazə verməsindən sonra başlayıb. 

Bundan əlavə, belə təşkilatlar təlim sessiyalarından tutmuş konfranslara qədər istənilən tədbirə ev sahibliyi etmək üçün icazə almaq üçün müraciət etməli idilər.

Bunun ardınca 2014-cü ilin dekabrında Prezident Administrasiyasının keçmiş sədri Ramiz Mehdiyev məqalə yazaraq Azərbaycanda yerli və beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarının beşinci kolon rolunu oynadığını iddia etdi.

Editor

Related Posts